
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb. Eldar Yusubovun rəhbərlik etdiyi yığma ilk matçda Seneqalla üz-üzə gəlib.
Newscenter.az xəbər verir ki, oyun komandamızın qələbəsi ilə başa çatıb. İlk setdə 25:7 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:6, 25:10. Beləliklə, milli ilk görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, millimizin yer aldığı B qrupunda Seneqaldan əlavə, Kamerun və Əfqanıstan yığmaları mübarizə aparır. Komandamızın növbəti matçı avqustun 10-da Əfqanıstan yığmasına qarşı olacaq.
Oruc