Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzadakı gerginlik nə ilə bağlıdır?: ABŞ- ın növbəti hədəfi İran ola bilər

Qəzadakı gerginlik nə ilə bağlıdır?: ABŞ- ın növbəti hədəfi İran ola bilər


İsrail ilə Fələstin arasında tarixən mübahisə obyekti olmuş Qəza bölgəsində bir neçə gündür gərginlik davam edir. İsrail əraziyə raket zərbələri endirməkdədir. Dünyadakı yeni toqquşma ocağına dair müxtəlif ehtimallar var. Doğrudur, hələ dəqiq söz demək çətindir. Lakin Qəzadakı olayların arxasında da Ağ evin dayandığı istisna deyil.

Məlum olduğu kimi, ABŞ - ın planetdə üç əsas rəqibi var- Rusiya, Çin və İran. Bir müddət əvvəl rəsmi Vaşinqton bu dövlətlərə qarşı "Taliban" kartından istifadə etməyə çalışdı. Əfqanıstandakı yeni hökumət hələ də xüsusilə İran üçün təhdid olaraq qalmaqdadır.

Təxminən 6 ay əvvəl Qərb Ukraynada "bataqlıq" yaratdı və Rusiyanı bu "bataqlığa" çəkdi. O vaxtdan bəri Kremlə ciddi zərbələr dəyib: sivil dünyadan təcrid olunub, tərəfdaşlarını itirib və iqtisadi sanksiyalara məruz qalır. Əlbəttə, bunun davamı gələcək. Hətta Ukraynanın parçalanması hesabına olsa belə, Rusiya çökdürüləcək.

Bir müddət əvvəl ABŞ Nümayəndələr Palatasının sədri Nensi Polosinin Tayvana səfəri ilə Çin də təxribata çəkildi. Lakin Pekin Moskvadan fərqli olaraq daha soyuqqanlı davrandı, provokasiyaya getmədi. Hərçənd toqquşma ehtimalı hələ də qalmaqdadır.

Bu dəfə İranın hədəf alınması mümkündür. ABŞ - la İsrailin dostluq münasibətləri məlumdur. Tel - əvivlə Tehran isə düşməndir. Belə olan halda ABŞ İsrailin "əli ilə" İranı müharibəyə çəkə bilər.

İkinci bir tərəfdən, son vaxtlar müxtəlif məsələlər, o cümlədən Ukraynadakı savaşla bağlı Türkiyənin mövqeyi ABŞ- ı narahat edir. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesinin başlanmasına rəğmən, Vaşinqton bu yolla Ankaranın da fikrini yayındırmaq istəyə bilər. Hərçənd Ankara ilə Tel- əviv arasında toqquşma olacağı ağlabatan deyil. Nə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, nə də İsrail Baş naziri Yer Lapid buna gedər.

Əlbəttə, dediklərimiz sadəcə ehtimaldır. Lakin istisna deyil. Əgər Qəzada gərginlik davam edərsə, bu, baş verənlərin arxasında yenə də ABŞ - ın dayandığı ehtimalını artıracaq. Və əgər, həqiqətən, belədirsə, deməli, Ağ ev təkqütb dünya yaratmaqda israrlıdır.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş