Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rus Pravoslav Kilsəsinin nümayəndəsi: “Azərbaycanda dini nifaq salmaq cəhdləri nəticə verməyəcək”

Rus Pravoslav Kilsəsinin nümayəndəsi: “Azərbaycanda dini nifaq salmaq cəhdləri nəticə verməyəcək”


“Azərbaycanda iqtisadi çiçəklənmə müşahidə olunur və ölkə bütün dünyaya açıqdır”.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksey deyib.

“Azərbaycan xarici siyasətdə də az nailiyyət əldə etməyib. Bütün ölkələrlə dialoqa hazırdır. Bu, Azərbaycana heç də az qələbə qazandırmayıb. Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan tolerant və multikultural siyasət yeridir. Azərbaycan müstəqillik dövlət olandan bəri burada bir dəfə də olsun dini müstəvidə münaqişə yaşanmayıb. Ölkənin dini icmaları arasında qarşılıqlı anlaşma, əməkdaşlıq var”, - o vurğulayıb.

Arximandrit Aleksiyin sözlərinə görə, dini tolerantlıq müxtəlif etnik tərkibə malik Azərbaycanı bütöv halda birləşdirib: “Bu, bəzi qüvvələri qıcıqlandırır. Azərbaycanın günü-gündən inkişaf etməsi kimlərisə narahat edir. Sadəcə bir şeyi başa düşmürəm, bu vandalizm, sarsaqlıq aktı ilə nə göstərmək istəyiblər. Mənə maraqlıdır ki, Böyük Britaniya Suriya, İraqa və digər ölkələrə burnunu soxan və orada islamı, adi inanclıları mühakimə edən Böyük Britaniya niyəsə burnunun ucunda olan terror təşkilatlarını bəsləyir. Düzdür, bu mənim işim deyil, siyasətin işidir”.

O bildirib ki, Azərbaycanda dini nifaq salmaq üçün edilən cəhdlər nəticə verməyəcək: “Bunlar mənasızdır. Hər kəs gəlib görə bilər ki, Azərbaycanda məscidlər də, kilsələr də, sinaqoqlar da açıqdır. Hər bir dini ocağa giriş sərbəstdir. Hər kəs istədiyi dinə sitayiş edə bilər. Yenə də deyirəm, bundan əlavə, biz yalnızca azad şəkildə dinlə məşğul deyilik, biz həm də dostluq edir və ünsiyyət qururuq və ölkəmizin çiçəklənməsi və xoşbəxt olması üçün əlimizdən gələni edirik”.
Xəbəri paylaş