Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Düşmənlərimizə göz dağı olan xalq-iqtidar birliyi, bütün təxribatlara əsl cavabdır

Sədaqət Vəliyeva: Düşmənlərimizə göz dağı olan xalq-iqtidar birliyi, bütün təxribatlara əsl cavabdır



Son zamanlar baş verən hadisələr bir daha radikal müxalifətin əsl simasını və xislətini ortaya qoymuş oldu. Xalq tərəfindən heç bir dəstəyi olmayan, anti-Azərbaycan qüvvələrin tapşırıqlarını yerinə yetirən radikal müxalifət ünsürlərinin əsas fəaliyyəti baş vermiş hər bir hadisəni şişirdərək öz mənafei üçün istifadə etməkdən ibarətdir. Xalq tərəfindən təmamilə boykot olunmuş radikal müxalifət nümayəndələri indiyə qədər bir dəfə də olsa hansısa bir inkşaf proqramı ilə çıxış etməyib.Ölkəmizin uğurları artdıqca müxalifət nümayəndələrinin də narahatlıqları artır.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Qarabağda erməni terrorçularına qarşı keçirilən "Qisas" əməliyyatından sonra müxalifətin növbəti biabırçılığının və kimlərə xidmət etdiyinin növbəti dəfə şahidi olduq. Hər zaman olduğu kimi qazandığımız qələbələri həzm edə bilməyən, radikal müxalifət uğurlarımıza kölgə salmaq üçün hər cür yola, təxribata əl atdılar. Lakin bu dəfə də müxalifətin şou yaratmaq cəhdləri fiaskoya uğradı və uğursuzluqla nəticələndi:


“Bu gün Azərbaycanda çox güclü xalq-iqtidar birliyi mövcuddur. Qələbələrimizin əsası olan bu birlik günü-gündən inkşaf edir və daha da sıxlaşır. Xalq-iqtidar birliyi, düşmənlərimizə göz dağı və bütün təxribatlara əsl cavabdır! Yaşasın xalq-iqtidar birliyi! Birliyimiz əbədidir!”

Ruhiyyə
Xəbəri paylaş