Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxın 16 kəndinin qaz təchizatı dayandırılacaq

Yevlaxın 16 kəndinin qaz təchizatı dayandırılacaq


Avqustun 9-u tarixində saat 10:00-dan etibarən Yevlax rayonunun 16 kəndinin (Yuxarı Salamabad, Aşağı Salamabad, Aşağı Bucaq, Yuxarı Bucaq, Ərəş, Yenicə, Əcəmi, Meyvəli, Gülövşə, Bəydili, Əkşəm, Hacıselli, Marzılı, Havarlı, Xanabad, Ərəbbəsrə) qaz təchizatı dayandırılacaq.

Newscenter.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi bu barədə məlumat yayıb.

Bildirilib ki, buna səbəb Tərtər Regional Qaz İstismar İdarəsi tərəfindən Yevlax rayonunun 960 şagird yerlik Xaldan kənd tam orta məktəbinin qazanxanasında quraşdırılmış su qızdırıcı avadanlıqların yoxlanılması və qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə həyata keçiriləcək tədbirlərdir. Qeyd edilən kəndlərə qazın verilməsi məktəbdə işlərin başa çatmasından sonra mümkün olacaq.

Sevinc
Xəbəri paylaş