Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək


10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Newscenter.az-a Azərbaycan Ağır Atletika Federasiyasından bildirilib ki, yarışda 36 ölkədən 393 nəfər (192 qız + 201 oğlan) atlet iştirak edəcək. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Birinciliyə məşqçi Oktay Muxtarovun rəhbərliyi altında 5 idmançımız qatılacaq. Onlar aşağıdakılardır:

U-15
Qızlar: Zəhra Niftəliyeva (71 kq).
Oğlanlar: Turan Əliyev (61 kq).

U-17
Qızlar: Rahilə Hüseynzadə (81 kq).
Oğlanlar: Qasım İsmayılov (61 kq), Ravin Alməmmədov (67 kq).

Oruc
Xəbəri paylaş