Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATƏT-in baş katibi: Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir

ATƏT-in baş katibi: Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir


Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfə verir.

Newscenter.az-ın xəbərinə görə, bu barədə ATƏT-in baş katibi Helqa Şmid deyib.

Şmid bildirib ki, Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir.

"Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması çox vacibdir”, - o deyib.

Şmidin sözlərinə görə, bu saziş Ukrayna iqtisadiyyatı üçün çox vacibdir, eyni zamanda bütün dünyada insanlar aclıqdan ölmək təhlükəsi ilə üzləşiblər.

ATƏT-in Ukraynada Türkiyədən olan nümayəndələrlə işləmək imkanı olduğunu xatırladan baş katib Türkiyənin səyləri nəticəsində beynəlxalq müşahidəçilərin Ukraynadan təxliyə oluna bildiyini vurğulayıb.

O, Ukraynadakı müharibədə dialoqa şans verilməməsindən təəssüfünü ifadə edib. Şmid qeyd edib ki, dialoq və vasitəçilik diplomatiyanın ən mühüm elementləridir və ATƏT bu dəyərlərə sadiqdir: "Türkiyənin dəstəyinə ehtiyacımız var".

“Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir. Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır”, - baş katib vurğulayıb.
Xəbəri paylaş