"Bir qrup ermənilər vətəndaşlıq almaq üçün müraciət edir və onlara vətəndaşlıq verməyimizi istəyirlər. Ermənilərlə Azərbaycanlıların dostluğu mümkün deyil. Azərbaycanlılar dostluq edər, amma erməni bunu bizə zərbə vurmaq üçün fürsət kimi dəyərləndirər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, biz torpaqlarımızı qan tökərək alıb, qalib gəlmişik. Ona görə də ermənilərin dostluq və vətəndaşlıq almaq istəyinə mənfi cavab verilməlidir:
"Sülhlə ərazilər qaytarılsaydı, təbii ki, belə müraciətlərə müsbət baxılardı. Hər bir erməni Azərbaycana qarşı revanşistdi və bizə növbəti zərbə vurmaq üçün vətəndaşlıq istəyirlər. Bizə ermənisiz Qarabağ lazımdır. Çünki, növbəti nəsilə problem saxlamayaq".
Mehman