Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüsseldə hansı məsələlər müzakirə olunacaq?

Brüsseldə hansı məsələlər müzakirə olunacaq?


"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı yaxın günlərdə Brüsseldə görüşdürmək istəyi qəfil verilən qərar deyil, bunun son günlərdə baş verən gərginliklə də birbaşa əlaqəsi yoxdur".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, liderlər Brüsseldə mayın 22-də son görüşlərində qərar gəlmişdilər ki, növbəti görüş avqustda keçiriləcək, yəni əvvəlcədən planlaşdırılıb:

"Bu görüşdə may ayında əldə edilən razılaşmaların necə yerinə yetirilməsi müzakirə olunmalıdır. Laçının boşaldılması, erməniləri bu yerləri tərk etməsi və Ermənistanın alternativ yoldan istifadəyə başlaması həll olunmuş məsələdir, bunların Brüsseldə xüsusi olaraq müzakirəsinə ehtiyac yoxdur. Sülh sazişi, sərhədlər, kommunikasiya xətlərinin açılması – bunların müzakirəsi davam etdiriləcək, çünki heç birində irəliləyiş yoxdur".

Mehman
Xəbəri paylaş