"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub.
Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ" hazırda Budapeştdə "Ferentsvaroş"la qarşılaşır. İlk hissədən sonra hesab Ağdam klubun xeyrinədir - 1:0. Azərbaycan çempionu Bakıdakı ilk matçda rəqibinə 2:1 hesabı ilə qalib gəlib.