“Yeganə məqsədimiz sərhədlərimizi qorumaqdır. Kimsənin torpağında gözümüz yoxdur”.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
“İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə güc Türkiyə Silahlı Qüvvələridir. Terrorçuların olduğu hər yer bizim üçün hədəfdir. Bizim əməliyyatlarımız nəticəsində 1 milyon 100 min insan torpaqlarına qayıdıb. Bu, Avropanın xeyrinədir. Ona görə də Qərb Türkiyənin terrorla mübarizəsinə dəstək verməlidir”, - o bildirib.