Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimlərin narazılığının artmasında maraqlı qüvvələr mövcuddur

Müəllimlərin narazılığının artmasında maraqlı qüvvələr mövcuddur


Müəllimlərin işə qəbulunun (MİQ) elektron qaydada həyata keçirildiyi miq.edu.az portalı vakansiya seçimi ərəfəsində yüklənmə səbəbindən gecə saatlarında çöküb və bu sayt hələ də açılmır.

Bu barədə narahatlığını bölüşənlər MİQ imtahanlarının təşkilinin özünü doğrultmadığını iddia edirlər. Bir müddət əvvəl də riyaziyyat üzrə test tapşırıqlarının suallarının öncədən hazırlıq qruplarına ötürülməsi ətrafında qalmaqal yaranmışdı. Görünür ki, prosesə kənardan müdaxilələr mövcuddur.

Müəllimlərin sertifikasiyası ərəfəsində baş verənlər narahatlığı və Elm və Təhsil Nazirliyini bu işin öhdəsindən gələcəyinə şübhələri daha da artırıb. Baş verənlər problemin həllini imtahanların təşkilinin DİM-ə verilməsində görənlərin mövqeyini möhkəmlədirir.

Görsənir ki, müəllimlərin narazılığının artmasında maraqlı qüvvələr mövcuddur və onlar xeyli fəallaşıblar.

Qubad İbadoğlu-iqtisadçı
Xəbəri paylaş