Azərbaycanda hər bir sahədə olduğu kimi idman sahəsində də böyük inkşaf müşahidə olunur. Bu gün Azərbaycan dünya miqyasında idman tədbirlərinin yüksək səviyyədə keçirildiyi idman ölkəsi kimi tanınır və şanlı bayrağımız beynəlxalq arenalarda qürurla dalğalanır. Əlbətdə bütün bunlar, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə başçısı, cənab prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilən düzgün və uğurlu idman siyasətinin nəticəsində mümkün olmuşdur.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümumilli Liderimiz Heydər Əliyevin ən çox diqqət ayırdığı sahələrdən biri də idman sahəsi olmuşdur. Ulu Öndər Heydər Əliyev tərəfindən atılan addımlar, həyata keçirilən tədbirlər və qəbul olunan qanunlar nəticəsində qısa müddət ərzində idman sahəsində inkşaf və tərəqqi dövrü başladı. Əsası Azərbaycan xalqının dühası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idman siyasəti, cənab prezidentimiz İlham Əliyv tərəfindən uğurla və layiqincə davam etdirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da ölkəmizdə idmanın inkşaf etdirilməsində böyük xidmətləri olmuşdur:
“Ölkəmizdə idmana və idmançılara qayğı göstərilməsi dövlət siyasətinin prioritet hədəflərindən biridir. İdman sahəsinin inkşaf etdirilməsi Azərbaycan prezidenti cənab İlham Əliyevin və I vitse-prezident, Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzindədir. Bu diqqət və qayğının nəticəsidir ki, Bakı ilə yanaşı, Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, idman kompleksləri və zalları, stadionlar inşa edilmişdir. Bütün bunlarla yanaşı, eyni zamanda idman sahəsi ilə bağlı qanunvericilik sahəsində təkminləşdirmə işləri aparılmış, yeni-yeni qanunlar qəbul edilmişdir. Ölkəmizdə idman sahəsinin inkşafı gənclərin sağlam və xüsusəndə vətənpərvər ruhda böyüməsində böyük rol oynamışdır. Sağlam və vətənpərvər ruhda böyüyən gənclərimiz İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərərək, torpaqlarımızı işğaldan azad etdilər. Ölkəmizdə, cənab prezident İlham Əliyevin rəhbərliyi altında dünya ölkələrinə nümunə olacaq idman siyasəti həyata keçirilir”.
Ruhiyyə