Bilgəh qəsəbəsi ərazisindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
İdarə rəisi Nazim Mahmudov Newscenter.az-a bildirib ki, axardan götürülmüş su nümunəsi üzərində aparılan laborator təhlillərin nəticəsinə görə, ərazidə formalaşan çirkab suların məişət-fekal tərkibli olduğu müəyyən olunub.
“Monitorinq zamanı ərazidəki drenaj kollektora müxtəlif yerlərdən qoşulmaların olduğu və formalaşan çirkab suların təmizlənmədən dənizə axıdıldığı aşkarlanıb”.
N.Mahmudov qeyd edib ki, tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınaraq “Azsu Ekoloji Qurğu” MMC-nin balansında olan çirkab sutəmizləyici qurğuya yönəldilib. Ərazinin nəzarətdə saxlanılması üçün aidiyyəti qurumlara müraciət olunub.
Mehman