Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda çoxmənzilli yaşayış binası yanır-VİDEO

Yevlaxda çoxmənzilli yaşayış binası yanır-VİDEO


Yevlax rayonunda çoxmənzilli yaşayış binası yanır.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsi, 3A ünvanında qeydə alınıb.

Hazırda binanın beşinci mərtəbəsində yerləşən mənzillərdə güclü yanğının olduğu bildirilir. Sakinlər binadan təxliyə edilir.

Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib.

Xəbəri paylaş