Bakıda 14 yaşlı qızlar itkin düşüb.
Newscenter.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 6-da paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Dünyamalıyeva Zəhra Sulduz qızı 16:00 radələrində nənəsinin yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Bundan başqa, avqustun 8-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində 2008-ci il təvəllüdlü Qazzayeva Nərmin Cavanşir qızı saat 18:20 radələrində yaşadığı
evindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.