Tarixi əsərlər müəllifi, hüquq üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Cahangir Hüseynovun bir müddət əvvəl işıq üzü görən və geniş oxucu kütləsi qazanan "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" adlı kitabına ölkədən kənarda da böyük maraq hiss edilməkdədir. Newscenter.az xəbər verir ki, xüsusilə qardaş Türkiyədə Cahangir Hüseynovun müəllifi olduğu kitablar geniş oxucu kütləsi toplayıb. Elə bunun nəticəsidir ki, sabiq millət vəkilinin bir müddət əvvəl işıq üzü görən "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" adlı kitabı qardaş ölkədə Türkiyə türkcəsində çap edilib.
Məlumat üçün qeyd edək ki, Qarabağla bağlı tarixi faktlar, reallıqların əks olunduğu kitab Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərinə həsr edilib. "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" kitabı Qarabağla bağlı bütün gerçəklikləri özündə əks etdirib. Kitabda Birinci və İkinci Qarabağ müharibəsi ilə yanaşı, eyni zamanda Qarabağın bütün tarixi, eramızdan əvvəldən tutmuş müasir dövrə qədər olan dövrü araşdırılıb.
Xatırladaq ki, Cahangir Hüseynov çoxsaylı əsərlərin müəllifidir. Onun "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" kitabından əvvəl bir neçə kitabım işıq üzü görüb. Bu sıraya "Mənim fikir və düşüncələrim", "Azərbaycan Nadir Əfşar dövləti", eləcə də xidməti-siyasi fəaliyyətimə dair 6-ya yaxın kitabı həm Bakıda, həm də İstanbulda nəşr olunub.