Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Prezidentin Hava Limanından dərhal idmançılarımızla görüşə gəlməsi stimul oldu”

Könül Nurullayeva: “Prezidentin Hava Limanından dərhal idmançılarımızla görüşə gəlməsi stimul oldu”


"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Konya Hava Limanından dərhal idmançılarımızla görüşə gəlməsi idmançılarımızı daha da fərəhləndirdi. Görüş zamanı idmançılar özləri də bunu etiraf edərək, stimul kimi dəyərləndirdilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O bildirib ki, dövlət başçımız hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşür, onlara dəstək nümayiş etdirir:

"Nəzərə alsaq ki, idman həm də əhval-ruhiyyədir, bu mənada dövlət başçısı ilə görüş idmançılarımızın yeni-yeni qələbələr qazanmasına töhfə verir. İdmançılarımız V İslam Həmrəyliyi Oyunlarında da Azərbaycanı ləyaqətlə təmsil edir. Artıq ilk qızıl medal qazanmışıq. Azərbaycan idmançıları çox peşəkar performans sərgiləyirlər. Təcrübə də göstərir ki, idman sahəsində uğuru şərtləndirən əsas amillərdən biri dövlətin idmana və idmançılara göstərdiyi qayğıdır. Bu gün idmanın bütün növləri üzrə istedadlı gənclər yetişməkdədir. Hazırda dünyada həm də idman sahəsində mövcud olan rəqabət mühitində Azərbaycan idmançıları da fərqlənir və bayrağımızı uca tutur".

Millət vəkili qeyd edib ki, Azərbaycan 4-cü İslam Həmrəylik Oyunlarının layiqli ev sahibi kimi tarixə düşüb:

"Eyni zamanda Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərərək, komanda hesabında birinci oldular.Beş il əvvəl İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Beynəlxalq ictimaiyyət Azərbaycan nümunəsində həmrəyliyi gücə çevirməyin real nümunəsini gördü. lV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görülüb. Məhz Bakıdan sonra İslamiadaya maraq daha da artıb. Oyunların Konyada da eyni coşqu ilə davam edəcəyinə əminəm".

"Dövlət başçımızın da söylədiyi kimi, bu Oyunların qardaş Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır"-deyən Könül Nurullayeva onu da diqqətə çatdırıb ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edirlər:

"Dövlət başçımızın da söylədiyi kimi, döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirir. Bu gün Azərbaycan uğurlu idman ölkəsidir. Ümumiyyətlə, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir. İdmançılarımız bütün beynəlxalq yarışlarda olduğu kimi İslamiadada həm öz güclərini, həm də dövlətimizin qüdrətini nümayiş etdirirlər".

Ruhiyyə
Xəbəri paylaş