Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsini təmir edib.
Newscenter.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 1 000 metr, ortalama eni isə 15 metr olan küçənin təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib, küçəboyu yeni asfalt-beton örtüyü döşənib, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub. Bundan başqa küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunub.
Yaxın günlərdə küçəboyu zəruri olan yerlərdə piyada zolaqlarının çəkiləcək.
Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçə təmir olunur.
Sevinc