Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gürcüstanla sərhəddə yerləşən Ticarətin Asanlaşdırılması Mərkəzində (TAM) və Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, Şahin Bağırov Ticarətin Asanlaşdırılması Mərkəzində gömrük əməliyyatlarının və tətbiq olunan digər xidmətlərin icrası proseslərini izləyib, işlərin daha da intensivləşdirilməsi, yubadılmalara yol verilməməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, yük nəqliyyat vasitələrinin sürücüləri ilə görüşərək onların fikir və rəylərini dinləyib.
Daha sonra “Qırmızı Körpü” gömrük postunda mövcud infrastrukturun vəziyyəti ilə tanış olan Şahin Bağırov sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının daha da asanlaşdırılması və təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması, xüsusilə beynəlxalq tranzitin sürətləndirilməsinə dəstək verən tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sevinc