Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Azərbaycan-Türkiyə münasibətləri hər bir sahə üzrə yüksələn xətlə, dinamik şəkildə inkşaf edir

Sədaqət Vəliyeva: Azərbaycan-Türkiyə münasibətləri hər bir sahə üzrə yüksələn xətlə, dinamik şəkildə inkşaf edir


Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir. Ən çətin günlərində bir-birinin yanında olan, hər zaman bir-birinə dəstək olan Azərbaycan Türkiyə qardaşlığı bütün dünya ölkələrinə əsl nümunədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan Türkiyə münasibətləri günü gündən inkşaf edərək ali səviyyəyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. Eyni zamanda ölkələrimiz arasındakı əlaqələr hər bir sahə üzrə günbəgün daha da dərinləşir və yüksələn xətlə inkşaf edir. Əlbətdə iki qardaş ölkə arasındakı əlaqələrin inkşaf etməsi, müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi ölkə liderləri, Azərbaycan preizdenti, cənab İlham Əliyevin və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən və müdik siyasətinin nəticəsidir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, avqustun 9-da ölkə başçımız, cənab prezident İlham Əliyevin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməsi qardaşlığımızın dünyaya növbəti nümayişi olmaqla yanaşı iki qardaş ölkə arasındakı əlaqələrin gələcək inkşafı baxımından böyük rol oynadı. Azərbaycan prezidentinin yüksək səviyyədə qarşılanması, ölkə liderləri arasındakı səmimi, xoş və mehriban münasibət hər birimizə qürür hissi yaşatdı. Səfər çərçivəsində ölkə liderləri arasında keçirilən görüş zamanı ölkələrimiz arasındakı yüksək əlaqələr, dostluq və müttəfiqlik münasibətləri xüsusi vurğulandı, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrlə bağlı geniş müzakirələr aparıldı. Bütün bunlar qarşıya qoyulmuş hədəflərin reallaşmasına böyük töhvə vermiş olacaq:

“Azərbaycanla Türkiyə arasındakı birlik və qardaşlıq hər iki ölkənin daha da güclənməsinə və inkşafına böyük təkan verir. Zamanın sınağından çıxmış Azərbaycan Türkiyə qardaşlığı və birliyi əbədidir. Ulu Tanrı xalqlarımızı və ölkə Liderləri Cənab Prezident İlham Əliyevi və Cənab Rəcəb Tayib Ərdoğanı qorusun!”

Ruhiyyə
Xəbəri paylaş