Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər. Türk və İslam dünyasının zəngin milli-maddi sərvəti və mədəniyyət ocağı hesab edilən Mövlanə muzeyi və türbəsini ziyarət etmək dini dəyərlərə ehtiramın ən yüksək nümunəsidir. Bu baxımdan Mehriban xanımın və Leyla Əliyevanın Türkiyəyə səfər zamanı bu müqəddəs ünvanı ziyarət etməsi dinimizə, Türk-islam dəyərlərinə, ənənələrinə, tolerantlığa dərin hörmətinin ifadəsi hesab oluna bilər.
Mehriban xanımın və qızı Leyla Əliyevanın dini ziyarətgahlara tez-tez baş çəkməsi müqəddəs dinimizə olan etimadın, daxili zənginliyin, xoş səmimiyyətin bir nümunəsinə çevrilmişdir. Bu, onların saf və təmiz qəlbli xanım kimi yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Bu, dünyada humanizm simvolu kimi qəbul edilən Mehriban Əliyevanın həmrəylik və humanizmə sadiqliyindən qaynaqlanan milli-mənəvi əxlaq nümunəsidir. Ziyarətin qardaş Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunları günlərinə təsadüf etməsi isə İslam həmrəyliyinin böyük təntənəsidir.
Azərbaycan xalqının çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyalarının nizamlanmasında və inkişafında mühüm rol oynamaqdadır. Bu prosesin daha da güclənməsində Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Mehriban Əliyeva və Leyla Əliyevanın Mövlanə muzeyində olması bütünlüklə Türk-İslam cəmiyyətlərində nümunəvi addım kimi dəyərləndirilə bilər.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki