Ermənistan növbəti dəfə Qarabağda öz silahlı birləşmələrinin "Qisas" əməliyyatından sonra çıxarılmasına söz verdi. Senytabr ayına kimi proses tam yekunlaşmalıdır. Amma, rəsmi Yerevan Qarabağda " Artsaxın müdafiə ordusunun" qalacağını bunun Ermənistana aidiyyatinin olmamasını bəyan edir.
Rəsmi Yerevan 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndini Ermənistan silahlı qüvvələrinə aidiyyatinin olmadığını vurğulayır. Qeyd edim ki, 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Bu bəyannamədə "Dağlıq Qarabağ" və "müdafiə ordusu" bəndi yoxdur.
Ümumiyyətlə, Ermənistan tərəfi də Xankəndində separatçı rejimi hüquqi cəhətdən tanımır. Əgər, Ermənistan tərəfi, həm də Azərbaycan və digər dövlətlər "Dağlıq Qarabağı" tanımırsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, demək hərhansı bir " müdafiə ordusudan" söhbət belə getməz. Göründüyü kimi 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndində hərhansı bir ziddiyyət yoxdur. Ermənistanın bu bəndi manipulyasiya etməsi, istədiyi şəkildə izah etməsi, yalnız qarşıdurmanı tətikləyir. Çünki, Dağlıq Qarabağ subyekti yoxdur və onun silahlı birləşmələridə ola bilməz.
Əgər, Qarabağda sülhməramlı qüvvələrinin fəaliyyət ərazisində qanunsuz silahli erməni birləşmələri qalacaqsa, Azərbaycan anti-terror əməliyyatı keçirməsi zəruridir. Ümumiyyətlə, silahı erməni birləşmələrinin silah və sursatla təminatını bəs kim həyata keçirəcək? Demək, Ermənistan bunu etməlidir və Azərbaycanın təzə çəkdiyi yoldan silahlı erməni birləşmələrinə silah tədarük edilməlidir. Təbii ki, Azərbaycan müasir standartlara uyğun yol çəkməyib ki, öz ərazisində silahlı erməni birləşmələrinin lojistikasını həyata keçirilsin. Ona görə də çox qısa müddətdə bu ilin axırına kimi, Qarabağda qanunsuz silahli erməni birləşmələrinin fəaliyyətinə son qoyulacaq.
10 noyabr Birgə Bəyannamənin 4-cü bəndində " müdafiə ordusunun" qalması təsbit edilməyib. Həmin bənddə qeyd edilir ki, tərəflər mövqe tutuqları ərazidə qalmalıdır. Bu bəndi isə, silahlı qüvvələrə aid deyil.
Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq