Ölkə başçısı, cənab prezident İlham Əliyevin Türkiyəyə məhsuldar və səmərəli görüşü çərçivəsində yadda qalan əsas tarixi hadisələrdən biri də cənab prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatarla görüşməsi oldu. Görüş zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu, Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı əlaqələrin inkişafı müzakirə olundu. Azərbaycanda Şimali Kipr Cümhuriyyətinin nümayəndəliyi fəaliyyət göstərir və ölkəmizlə Şimali Kipr Cümhuriyyəti arasında bir sıra sahələr üzrə əlaqələr mövcuddur. Cənab prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri Ersin Tatarla görüşməsi və bir sıra sahələr üzrə müzakirələrin aparılması Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasındakı mövcud əlaqələrin daha da inkişafına və dərinləşməsinə böyük töhfə verəcək.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev, Türk dünyasında və türkdilli ölkələr arasında əməkdaşlığın və əlaqələrin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş, sabitliyə, inkşafa və tərəqqiyə hesablanmış təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz tərəfindən irəli sürülən bütün bu təşəbbüslər hər zaman türkdilli ölkələr tərəfindən təqdir edilmiş və dəstəklənmişdir. Bütün bu fəaliyyətin nəticəsi olaraq, Azərbaycan prezidenti cənab İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir:
“Ümumi olaraq ölkə başçımız tərəfində həyata keçirilən müdrik xarici siyasət nəticəsində ölkəmizin Türk dünyası ilə yanaşı dünya miqyasında da nüfuzu, etibarı və gücü günbəgün artmaqdadır. Həyata keçirilən bu müdrik və xarici siyasət qələbələrimizin və gələcək inkşafımızın əsasıdır”.
Ruhiyyə