Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak müharibənin başa çatmasının şərtini açıqlayıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.
“Bundan ötrü Rusiya iqtisadiyyatı qısa müddətdə çökdürülməlidir. Qaz embarqosu tətbiq etmək və Rusiya neftinin ixracına məhdudiyyətləri sərtləşdirmək lazımdır”, - A.Yermak bildirib.
O deyib ki, Avropa İttifaqının neft sanksiyası gələn il Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq: “Qaz embarqosu isə Rusiya üçün ölümcül olacaq”.