Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat 11 saat seçici qəbulu keçirib-FOTOLAR

Deputat 11 saat seçici qəbulu keçirib-FOTOLAR


Avqustun 11-də Salyan rayonunda oldum və seçicilərimin növbəti qəbulunu keçirdim. İlk olaraq şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarını qəbul etdim, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlandım.

Newscenter.az xəbər verir ki. bu barədə məlumatı Milli Məclisin deputatı Jalə Əhmədova verib. Bildirib ki, seçicilər əlillik, pensiya, işsizlik və məşğulluq məsələləri ilə bağlı problemlərdən danışıblar:

"Qeyd etdikləri məsələlərin müsbət həllində köməklik göstərməyimi xahiş etdilər. Səhər saat 11-dən axşam saat 10-a kimi davam edən qəbul zamanı ümumilikdə 56 nəfər seçicini dinlədim. Onları narahat edən məsələlər barədə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyimi bildirdim".



Ruhiyyə
Xəbəri paylaş