Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda içməli sudan qanunsuz istifadə ilə bağlı 660 fakt aşkarlanıb

Azərbaycanda içməli sudan qanunsuz istifadə ilə bağlı 660 fakt aşkarlanıb


Bu ilin iyul ayında “Azərsu” ASC üzrə içməli sudan qanunsuz istifadə ilə bağlı 660 fakt aşkarlanıb.

Bu barədə Newscenter.az-a qurumdan bildirilib.

Məlumata görə, bunun 557-i Bakı, Sumqayıt və Abşeronda, digərləri isə bölgələrdə qeydə alınıb.

Həmin hallar üzrə 174 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Paytaxtda içməli sudan ən çox qanunsuz istifadə halı 146 olmaqla Binəqədi rayonunda qeydə alınıb.
Xəbəri paylaş