Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda son sutkada koronavirusa 420 nəfər yoluxub, 5 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 420 nəfər yoluxub, 5 nəfər ölüb


Azərbaycanda son sutkada koronavirusa 420 yeni yoluxma qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 804 585 nəfər koronavirusa yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 156 nəfərdir.

Azərbaycanda son sutkada 3 303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.
Xəbəri paylaş