"Zaman-zaman bizim tariximizi unudub, bizlərə onu yalnış təqdim ediblər. Buna görə də biz öz tariximizlə qürur hissi keçirməmişik. Hətta bu günə qədər deyirlər ki, Azərbaycan 1918-ci ildə müstəqillik qazanıb, ona qədər Azərbaycanın müstəqilliyi olmayıb. Guya İran fars dövləti olub və biz də guya min illər farsın əsarətində olmuşuq. Vallah çox gülməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri tarixi əsərlər müəllifi, sabiq millət vəkili Cahangir Hüseynov "Yeni Qarabağnamə, Qarabağ Azərbaycandır!" kitabının Türkiyədə nəşri ilə bağlı kanal24.az-a verdiyi müsahibədə səsləndirib.
Sabiq deputat onu da qeyd edib ki, erməni xalqı xırda bir xalqdır və biz özümüzü onlarla müqayisə etməməliyik:
"Dünyanın ən böyük sərkərdələri türklər olub və 150-yə yaxın dövlət, 30-a yaxın imperiyaları olub. Ona görə də hesab edirəm ki, hər bir azərbaycanlı mütləq şəkildə öz tarixini bilməlidir. Əgər biz tariximizi bilməsək heç bir zaman böyük bir dövlət ola bilmərik".