Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova şəhid ailələri ilə görüşüb-FOTOLAR

Deputat Jalə Əhmədova şəhid ailələri ilə görüşüb-FOTOLAR


Millî Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda yaşayan şəhid ailələri ilə görüşüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkə hesabında məlumat verən millət vəkili qeyd edib ki, Azərbaycanın suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda son damla qanına kimi vuruşaraq şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrini ziyarət edərək şəhid ailələrinin qayğıları ilə maraqlanıb:

"İgidlikləri ilə tarix yazmış şəhidlərimiz - mayor Vidadi Əhmədov, kapitan Kamil Şirinov, kapitan Rəşad Əliyev, leytenant Emil Əsədov və MAXE Sabir Salahova Allahdan rəhmət, yaxınlarına səbr dilədim".

Lalə Əhmədova bildirib ki, torpaq uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri, cənab Prezident İlham Əliyevin şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi məqsədi ilə imzaladığı Fərman və Sərəncamları, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan şəxslərə göstərdiyi mərhəmətini və qayğısını minnətdarlıqla qeyd ediblər:

"Allah bütün şəhidlərimizə rəhmət etsin".



Ruhiyyə
Xəbəri paylaş