Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi ölüb.
Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, avqustun 14-də saat 15:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, 1981-ci il təvəllüdlü Manvel Tadevosyanın vəziyyəti kəskin pisləşib.
Dərhal tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.