Salyan rayon Mədəniyyət Mərkəzinin Çuxanlı folklor klubunun və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Fiziki imkanları məhdud olan uşaqların və gənclərin əl işlərindən ibarət satış-sərgi keçirilib.
Newscenter.az xəbər verir ki, satış-sərgidə Milli Məclisin deputatı Jalə Əhmədova da iştirak edib.
Millət vəkili qeyd edib ki, sərgidə bir-birindən maraqlı və gözəl rəsm əsərləri, fərqli əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb olub:
"Sərgilənən hər bir iş, bu uşaqların daxili dünyasının zənginliyini, onların istedad və qabiliyyətlərini əks etdirirdi. Salyan rayonu, Çuxanlı kənd klubunda baş tutan satış-sərginin təşkil edilməsində əsas məqsəd, əlil uşaqların cəmiyyətə inteqrasiya etməsinə kömək göstərmək, rayonun mədəniyyətini onlara yaxından tanıtmaq, eləcə də onların əl işlərinin satışına dəstək olmaqdır. Böyük məmnunluqla onu da qeyd edim ki, sərgidə sərgilənən əl işlərindən birini də mən aldım".
Ruhiyyə