Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvanda baş vermiş partlayışda ölən və yaralananların sayı artıb

İrəvanda baş vermiş partlayışda ölən və yaralananların sayı artıb


Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 61 nəfərə çatıb.

Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, üç nəfər ölüb. Yaralananların 36-nın vəziyyəti orta ağırdır. Partlayış zamanı bazarda olan 25 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.
Xəbəri paylaş