Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül İsmayılova: "Ölkə başçısının verdiyi mesaj çox aydındır"

Könül İsmayılova: "Ölkə başçısının verdiyi mesaj çox aydındır"


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir çox məsələlərə diqqət çəkdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, dövlət başçısı bir müddət öncə Azərbaycan ordusunun keçirdiyi “Qisas” antiterror əməliyyatından da danışıb:

"Prezident “Qisas” əməliyyatını cəza tədbiri adlandırdı və vurğuladı ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi. Ermənistan bunu unutmamalıdır. Eyni zamanda İlham Əliyev mesaj olaraq bildirdi ki, əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Yəni ölkə başçısı “Qisas” antiterror əməliyyatının bənzərinin bundan sonra da ola biləcəyi mesajını verdi".

Könül İsmayılova onu da diqqət çəkib ki, Prezident müsahibə zamanı vacib məqamlardan biri olaraq Qarabağda yaşayan ermənilərin statusu məsələsinə toxunub:

"Ölkə başçısı bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Heç ermənilərin hansısa xüsusi imtiyazı da olmayacaq. Yəni Azərbaycan vətəndaşları necə, erməni vətəndaşları da elə olacaq. Hesab edirəm ki, Prezidentin “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi” deməsini bu mövzuda yekun qərar kimi qiymətləndirmək olar. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı dedikləri də diqqət çəkdi. Ölkə başçısı dedi ki, Zəngəzur dəhlizi lazımdır, ona da Ermənistan etiraz edir. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik. Aydın məsələdir ki, Zəngəzur dəhlizi Prezidentin israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Çünki Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqətçəkən məsələdir. Buna görə də bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaq".

Könül İsmayılovanın sözlərinə görə, dövlət başçısının paylaşdığı fotodan da bu məsələnin necə həll olunacağını anlamaq olar:

"Yəni İlham Əliyev Azərbaycan xəritəsinin əks olunduğu bir suveneri paylaşdı. Bu suvenerdə Qərbi Zəngəzur Azərbaycan ərazisi olaraq göstərilirdi. Ölkə başçısının bununla verdiyi mesaj çox aydındır. Prezident mesaj verdi ki, ya Zəngəzur dəhlizi açılacaq, ya da Qərbi Zəngəzur ilhaq ediləcək. Düşünürəm ki, ölkə başçısının bu mesajı həm Ermənistana, həm də onun havadarlarına çatdırılan ən sərt və son mesaj olacaq".

Mehman
Xəbəri paylaş