Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyəzəndə minik avtomobili yük maşınıyla toqquşub, ölən və xəsarət alanlar var

Siyəzəndə minik avtomobili yük maşınıyla toqquşub, ölən və xəsarət alanlar var


Siyəzən rayonunda ağır avtomobil qəzası baş verib.

Newscenter.az-ın məlumatına görə, "Report"un Şimal burosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı iki nəfər ölüb, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəlludlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırmalar aparılır.
Xəbəri paylaş