Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Yevlaxda avtomobil qəzası olub, ölən və xəsarət alan var


Yevlax şəhərində avtomobillər toqquşub, ölən və xəsarət alan var.

Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakini, 1962-ci il təvəllüdlü Elzamin Məmmədov ölüb.

Qəza zamanı habelə Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Sənan Mirzəyev isə müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş