Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Banklar daha pis vəziyyətə düşəcək

Banklar daha pis vəziyyətə düşəcək


Mətbuat səhifələrində bir neçə bankın bağlanması ehtimalı barədə oxuyuram. Bankların adını daha çəkmirəm ki, onlara daha böyük ziyan dəyməsin, amma adları sürətlə sosial şəbəkə və mətbuatda yayılır.

Belə məlumatlardan sonra dərhal banklar özləri və aidiyyatı qurumlar gərək açıqlamalar verib məsələyə aydınlıq gətirsinlər. Bütün əmanətçilər və biznes sahibləri pullarını geri çəkməyə, hesablarını bağlamağa başlayacaqlar.
Bununla da banklar daha pis vəziyyətə düşəcək və əmanətçilərin ağır dövrü, stresi və əlində-ovcunda olanı itirmə riski başlayacaq. Çünki, Əmanətlərin sığortalanması fondu bütün məbləğə aid deyil. Köhnə bank bağlanma hadisələrindən bilirəm ki, nə qədər iş adamının, nə qədər əmanətçinin pulları batıb. Buna yol vermək olmaz axı.

Bütün bu məsələlərdə ciddi tənzimləməyə və dövlət müdaxiləsinə ehtiyac var. Vətəndaş axşam yatır, sabah yuxudan duranda eşidir ki, filan bank bağlanıb. Axşam yatır, durub görür ki, filan tarif qalxıb. Bu tip yanaşma əliəyrilərə daha çox asan pul qazanmaq imkanı tanıyır. Bu tip məsələlərin yüz dəfə süzgəcdən keçməsinə, ciddi nəzarət altına götürülməsinə ehtiyac var. Möhtəkirlərə də asan pul qazanmaqla kasıb-kusubu daha da pis vəziyyətə salmağa imkan vermək olmaz.

Razi Nurullayev-Milli Məclisin deputatı
Xəbəri paylaş