Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər əməlləri ilə özlərini ifşa etdirlər: vandallıq, terrorçuluq, barbarlıq...

Ermənilər əməlləri ilə özlərini ifşa etdirlər: vandallıq, terrorçuluq, barbarlıq...


Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır. Bu dəfə ermənilərin Laçın meşələrinə od vurmalarını əks etdirən görüntülər yayılıb. Onlar bu dəfə də heç bir beynəlxalq hüquqa əhəmiyyət vermədiklərini göstərmiş olurlar. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur. Görünür, şovinist düşüncəli erməniləri özlərindən başqa kimsə düşündürmür. Tarixən özgə torpaqlarında məskunlaşmış ermənilər üçün, bəlkə də, bundan - terrorizmdən, vandallıqdan daha asan nə isə yoxdur.

Əslində Azərbaycan ərazisində məskunlaşmış ermənilərin analoji hərəkətləri artıq adi hal alıb. Onlar 44 günlük Vətən Müharibəsi ərzində də işğaldan azad olunan ərazilərdə çoxlu sayda əmlaka ziyan vurublar. Bu, ola bilsin, bir növ ermənilərdə psixoloji xəstəliyə çevrilib. Onların olmayan əmlakları, təbii sərvətləri tarixi sahiblərinə qaytarılması ilə barışa bilər və bu cür namərdcəsinə “mübarizə aparırlar”.

Bundan əvvəl Laçın rayonu, Zabux və digər ərazilərdə qanunsuz məskunlaşan erməni sakinin yaşadığı evə od vurmasına dair görüntülər yayılmışdı. Onlardan biri barbar əməlini kəndin Azərbaycana geri qaytarılması ilə "izah edib", evin azərbaycanlılara qalmaması üçün belə etdiyini bildirib.

Emənilər avqustun 25-nə qədər Laçın şəhərini və ətraf kəndlərini boşaltmalıdırlar. Köç prosesi artıq başlanıb. Bu əsnada ermənilərin yaşadıqları evləri yandırmaları diqqət çəkir. Bu, vandalizmin növbəti nümunəsi olmaqla yanaşı, həm də həmin evlərin ermənilərə məxsus olmadığını göstərir. Qarşı tərəf hər nə qədər tarixi saxtalaşdırmağa çalışsa da, fakt faktlığında qalır. İnsan öz evini, yurd-yuvasını necə yandıra bilər ki? Azərbaycanlılar 30 il əvvəl bu torpaqlardan çıxarkən bir dənə də olsun evə ziyan vurmamışdılar. Çünki ora bizimdir. Ermənilər isə bu əməlləri ilə özlərini ifşa edirlər.

Vətən müharibəsi dövründə ermənilərin meşələri yandırması, tarixi abilələrimizə zərbə vurması mətbuatda, həmçinin sosial şəbəkə seqmentində geniş müzakirə olundu. Biz bu terrorla barışmayacağımızı bildirirdik. Bir müddət sonra, 2020-ci il sentyabrın 27 başlayan və 44 davam edən döyüşlər nəticəsində torpaqlarımızı azad etdik. Ərazilərimizi erməni vandallığından xilas etdik.

Düşmən tam əmin ola bilər ki, tarixi ənənəsini davam etdirməklə bu dəfə də bizə mane ola bilməyəcək. Azərbaycan diplomatik və hərbi yolla 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların bütün şərtlərini yerinə yetirəcək. Düşmən isə törətdiyi əməllərə görə beynəlxalq hüquq qarşısında cavab verəcək, lazımi cəzasını alacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş