Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan müharibə cinayətlərini törətməkdə davam edir

Ermənistan müharibə cinayətlərini törətməkdə davam edir


Laçın istiqamətində, Sarıbaba yüksəkliyində basdırılmış piyada əleyhinə mina sahəsinin aşkarlanması onu göstərir ki, Ermənistan hələ də təcavüzkar niyyətindən əl çəkməyib və istər Soçi, istər Brüssel prosesində İrəvanın iştirakı əslində imitasiyası xarakteri daşıyıb. Ermənistan Paşinyanın iddia etdiyi kimi, həqiqətən də bölgədə sülh və sabitliyin yaranmasında maraqlı olsaydı, qalib Azərbaycanın çoxsaylı sülh cəhdləri fonunda müharibədən sonrakı dövrdə əraziləri yenidən minalanmazdı. Müdafiə Nazirliyinin məlumatından da aydın görünür ki, Sarıbabada aşkarlanan minalar son 1 il ərzində basdırılıb. Çünki həmin minaların hamısı Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunub. Bütün bunlar onu göstərir ki, Ermənistan həm də beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq müharibə cinayətlərini törətməkdə davam edir.

Təssüf ki, necə ki mina xəritələrinin verilməsi məsələsində Beynəlxalq ictimaiyyətin rolunu demək olar ki, görmürük bu məsələdə də hansısa beynəlxalq təzyiq yaxud təsir perspektivinə inam yoxdur. Baxmayaraq ki, bu siyasəti davamlılığı tək Azərbaycan yox, bütövlükdə insanlıq üçün təhlükədir. Təbii ki, ilk hədəf də Azərbaycandır. Azərbaycan Respulikası da BMT nizamnaməsinin ən azı 2 maddəsini rəhbər tutaraq özünə yönəli real təhlükəni aradan qaldırmaq hüququna malikdir. Elə yalnız Sarıbabada tapılan 991 ədəd mina Dəmir Yumruğun yenidən hərəkətə gəlməsi üçün kafi səbəbdir, çünki bu azı 991 insanın taleyi deməkdir.

Bilirsiniz ki, bu günlərdə Müzəffər Ali Baş Komandanımız da Ermənistana xəbərdarlıq etdi və açıq şəkildə bəyan etdi ki, cəza tədbirləri davam edə bilər. Hesab edirəm ki, İrəvan 44 günlük savaşı, Fərruxu, habelə son antiterror əməliyyatını gözünün önünə gətirib mövqeyinə çəki düzən verməli və 10 noyabr kapituliyasiya aktına istisnasız əməl etməlidir. Əks halda Azərbaycanın tələblərini sərtləşdirmək və istəklərini Ermənistana məcburi qaydada icra etdirmək zərurəti yaranacaq.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş