Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər nəqliyyat vasitəsində spirtli içkilər aşkar edib

Gömrükçülər nəqliyyat vasitəsində spirtli içkilər aşkar edib


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, gömrük baxışı zamanı avtomobilin yük yerində olan soyuducu ilə dəmir örtüyün arasında gömrük nəzarətindən gizlədilən 0,7 litrlik qablaşdırmada 50 ədəd “Beluga Transatlantic” markalı spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş