Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kişi voleybolçularımız Türkiyə millisi ilə qarşılaşacaq

Kişi voleybolçularımız Türkiyə millisi ilə qarşılaşacaq


V İslam Həmrəyliyi Oyunlarını dördüncü pillədə başa vurmuş kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Konyadan birbaşa İstanbula yola düşüb.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Avropa çempionatının təsnifat mərhələsində A qrupunda mübarizə aparacaq voleybolçularımız qrupda üçüncü oyununu avqustun 17-də Türkiyə kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Bu gün yığmamız görüşün keçiriləcəyi “Burhan Fələk Voleybol Salonu”nda ilk məşqinə çıxıb.

Qeyd edək ki, yığmamız AVRO-2023-ün təsnifat oyunlarında A qrupunda mübarizə aparır. Komandamızın rəqibləri Türkiyə və Danimarka milliləridir. Pərviz Səmədovun rəhbərlik etdiyi milli təsnifat oyunları çərçivəsində artıq iki görüş keçirib və hər iki matçda məğlub olub.
Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Avropa çempionatının təsnifat mərhələsi

A QRUPU
3 avqust (Bakı)
Azərbaycan –Danimarka 1:3 (22:25, 25:23 16:25, 16:25)

6 avqust (Bakı)

Azərbaycan –Türkiyə 0:3 (11:25, 20:25, 16:25)

17 avqust / İstanbul
18:30. Türkiyə -Azərbaycan

Oruc
Xəbəri paylaş