Bu gün Dənizkənarı Milli Parkda Müslüm Maqomayevin abidəsinin açılışı zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət ediblər.
Newscenter.az-ın xəbərinə görə, daha sonra isə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.