İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.
Bu barədə Newscenter.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)məlumat verilib.
Bildirilib ki, “Aqro-Vest” DC MMC-nin AQTA-ya müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 10 940 kq müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib