Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdə və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb

Kürdə və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Newscenter.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala və Salyan rayon sakinləri Cavanşir Quliyev və Salman Əhmədov olduğu müəyyən edilib.

B.Məhəmmədov qeyd edib ki, eyni zamanda Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakinləri Elşad Əyyubov və Rəşad Kərimov saxlanılıb: "Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb".
Xəbəri paylaş