Qusar rayonunun İmanqulukənd kəndində güclü yanğın olub.
Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fındıq bağının ərazisində 1 ha sahədə quru ot və 40 ədəd ağac qismən, bələdiyyəyə aid ərazidə 6 ha sahədə biçilmiş taxıl sahəsi, Meşə təsərrüfatı mərkəzinə aid ərazidə 2 ha sahədə quru ot və qurumuş ağac kötükləri yanıb.
Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.