Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Şərif -Oba və Uzun-Oba kənləri ərazisindən yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.Ümumi çəkisi 1510 kiloqram olan, 3313 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Mehman