Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəri̇qaz”da medi̇a və QHT nümayəndələri̇ i̇lə növbəti̇ görüş olacaq

“Azəri̇qaz”da medi̇a və QHT nümayəndələri̇ i̇lə növbəti̇ görüş olacaq


Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Newscenter.az-a “Azəriqaz”dan verilən məlumata görə, Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev cari ilin 7 ayı ərzində daxil olan müraciətlər və onların həlli istiqamətində görülən işlərin hesabatını təqdim edəcək.

Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Xəbəri paylaş