Avqustun 18-də Türkiyə Respublikasının Hökuməti, Azərbaycan Respublikasının Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətləri arasında ikitərəfli formatda görüş keçirilib.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında qarşılıqlı əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi, tranzit imkanlarının daha da genişləndirilməsi barədə söhbət açılıb, eləcə də üçtərəfli komitənin iclası çərçivəsində imzalanacaq sazişin regional nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artması, yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmiryolunun potensialının yüksəldilməsində də mühüm rol oynayacağı vurğulanıb.
Sevinc