Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdənin icra başçısı deputatın müraciətinə məhəl qoymur-FOTOLAR

Bərdənin icra başçısı deputatın müraciətinə məhəl qoymur-FOTOLAR


"Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan ekoloji siyasət nəticəsində bu sahədə görülmüş işlər, həyata keçirilən ardıcıl tədbirlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində böyük uğurlar qazanılmasına səbəb olub. Lakin millət vəkili olaraq təmsil etdiyim Bərdə şəhərində ekolojı tarazlığın pozulması səbəbi ilə yaranmış problemlər ilə bağlı seçicilərim tərəfindən çox saylı şikayətlər daxil olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü kimi bu məsələ mənidə narahat etməkdədir".

Newscenter.az xəbər verir ki, bu fikirlər Bərdədən olan millət vəkili Fatma Yıldırımın sosial şəbəkə hesabından etdiyi paylaşımda əksini tapıb. Deputat qeyd edib ki, məişət tullantıları poliqonunun insanların sıx məskunlaşdığı ərazidə, yaşayış məntəqələrinə çox yaxın məsafədə yerləşməsi rayon sakinlərinin haqlı narazılığına səbəb olub:

"Məlumdur ki, məişət tullantıları kütləvi infeksiya mənbəyi hesab olunur, həmçinin, ekologiya və ətraf mühitin çirkləndirilməsinə səbəb olur. Bərdə şəhərinin yaxınlığında yerləşən poliqonda mütəmadi olaraq tullantıların yandırılması ilə yaranmış xoşagəlməz vəziyyət, ətrafa yayılan dözülməz qoxu və tüstü rayonda yaşayan 150 mindən çox əhalini ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyur. Bununla yanaşı rayon ərazisi üzrə məişət tullantı konteynerlərinin çatışmazlığı əlavə konteynerlərin qoyulması ehtiyacı da yaranıb. Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə, müvafiq qurumlara dəfələrlə rəsmi məktubla müraciətlər etsək də, yaranmış bu vəziyyət hələ də öz həllini tapmayıb".

Fatma Yıldırım ümid etdiyini bildirib ki, aidiyyatı orqanlar yaranmış problemin həll olunması istiqamətində müvafiq köməkliyi göstərəcəklər.

Mehman
Xəbəri paylaş