Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Zəngəzurda konsulluğu ilə tərəfliyini müəyyən etdi, ancaq...

İran Zəngəzurda konsulluğu ilə tərəfliyini müəyyən etdi, ancaq...


İranın Zəngəzurda, Qafan rayonunda konsulluq açması barədə yayılan məlumatı İran parlamentinin erməni əsilli deputatı Robert Beqleryan faktiki olaraq rəsmən təsdiq edib. Tehran hakimiyətinin bu addımını təbii ki, Azərbaycan cəmiyyəti bir mənalı olaraq Azərbaycana qarşı qəsd kimi qiymətləndirir. Olayın bir maraqlı tərəfi ondadır ki, Azərbaycan İranın bu düşmən gedişini soyuqqanlı qarşılayaraq, heç də təəccüblənmədi. Bu isə o deməkdir ki, Azərbaycan İranı dost deyil, faktiki olaraq düşmən kimi artıq qəbul edib və onin xəyanət dolu əməllərini gözlənilən sayır.

Qafanda İran konsulluğunun açılması xoş olmayanlar hisslərə səbəb olsa da, bəzi qapalı, şübhəli və mübahisəli məqamlar artıq aydın formasını alır hansı ki, İran Azərbaycana qarşı həmişə riyakar siyasət yeridib və düşmən əməllərini maskalayıb. Ancaq, Qafanda konsulluq məsələsindən sonra İran konkret olaraq tərəfliyini açıq göstərməyə məcbur qaldı. Bu eyni zamanda Azərbaycanla manevr imkanlarını kəskin məhdudlaşdırmış oldu.

Ümumiyyətlə isə Azərbaycanın bütün üzləşdiyi milli və dövlət problemlərində İran Rusiya ilə bərabər Ermənistandan daha çox dəyişməz (stabil) günahkar və səbəbkardır. Əvvəllər qeyd etdiyim kimi, İranla Azərbaycan arasında onun ərazisindən Zəngəzur dəhlizinə alternativ yolun, komunikasiya xətlərinin çəkilişinin razılaşdırılması sözsüz ki, İranın öz maraqlarının tərkib elementidir və məqsədi Zəngəzur dəhlizinə Azərbaycanın marağını öldürmək və onu əhəmiyyətsiz etməkdir. İran Zəngəzur dəhlizinə alternativ öz ərazisindən yol və kommunikasiya xətlərinin çəkilməsi ilə bir neçə hədəfi vurmuş olur. Birincisi, Ermənistan ərazisindən Zəngəzur dəhlizinə ehtiyacı azaltmaqla onun açılmasını əngəlləyir, Laçın dəhlizi ilə Zəngəzur dəhlizini eyniləşdirməyə imkan vermir, yəni yeni Laçın dəhlizində də separatçıların sərbəst hərəkətini saxlamağa nail olur, ən başlıcası isə Naxçıvanla Azərbaycan arasındakı əlaqəni nəzarətə götürməklə Azərbaycana təsir imkanı qazanır. Bu səbəblərdən də şəxsimdə bu razılaşmanı hiyləgər hesab edirəm və İranın əsas məqsədi Zəngəzur dəhlizinin açılışına imkan verməməkdir və sözsüz ki, Qafanda İran konsulluğun da açılmasının hədəfi məhz budur.

İran Azərbaycan və Ermənistana qarşı siyasətinə konkretləşmə gətirmək məcburiyyətindən sonra Azərbaycanın siyasətində dönüşlü proseslər mütləqdir. İsraillə bağlı bəzi gözləntilərimizin reallaşacağı tam mümkündür.
Azərbaycan torpaqlarının işğalı və işğal mütddətində, xüsusəndə möhtəşəm qələbəmizlə yekunlaşan 44 günlük müharibə və post müharibə dövründəki İranın Azərbaycana qarşı, düşmən və xəyanətkar siyasəti onun Azərbaycanda "din qardaşlığı" adı altında fəaliyyıt göstərən dayaq nöqtələrini məhv etdi və İranın Azərbaycana təsir imkanları tam yararsız və əhəmiyyətsiz hala düşdü. Londonda Azərbaycan səfirliyinə hücum və Qafanda İran konsulluğunun açılması bir-biri ilə əlaqəlidir. Təbii ki, Londondakı hadisələrdən sonra İran Azərbaycana təsir imkanlarının qalıqlarını da itirmiş oldu.

İranın Qafanda konsulluq açılışına elə Cənab prezident İlham Əliyev Zəngəzur da daxil olmaqla Azərbaycan xəritəsi əks olunmuş suveniri nümayiş etdirməklə bəyan etmiş oldu ki, biz mütləq Zəngəzura qayıdacayıq, buna kimin orada konsulluq açmasından asılı olmayaraq.

Bundan sonra İran və Azərbaycan münasibətləri açıq müstəvidə cəriyan edəcək baxmayaraq ki, İran riyakar və çoxüzlü siyasətindən də ara-sıra istifadə edəcək. Ancaq artıq İran Azərbatcana qarşı tərəf kimi özünü təsdiq etdi. Onsuz da İran həmişə Azərbaycana qarşı mövqedə olub, indi onun açıq şəkildə kimin tərəfində olduğunu göstərməyi əksinə Azərbaycanın əlin-qolun açdı.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
Xəbəri paylaş